Qanunsuz küçə satışına qarşı reyd keçirilib | VİDEO

Qanunsuz küçə satışına qarşı reyd keçirilib |    VİDEO
  04 Dekabr 2025    Oxunub:771
Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Yasamal" bazarı və "İnşaatçılar" metrostansiyası ətrafında qanunsuz küçə ticarətinə qarşı reyd keçirilib.
Qida Təhlükəsizliyi Agentliyindən AzVision.az -a verilən məlumata əsasən, baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

"İnşaatçılar" metrostansiyasının yaxınlığındakı qanunsuz küçə satışı piştaxtalarında isə yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub.

AzVision.az


Teqlər: küçə-ticarəti   reyd  



Xəbər lenti